Anton Çexovun Maksim Qorkiyə məktubu

Anton Çexovun Maksim Qorkiyə məktubu
11 dekabr 2023
# 13:35

Kulis.az Anton Çexovun Maksim Qorkiyə məktubunu təqdim edir.

“Maksim Qorkiyə.
Əzizim Aleksey Maksimoviç, Sizdən xəbər-ətər yoxdur. Haradasınız? Nə iş görürsünüz?
Üç gün əvvəl L.N.Tolstoygildə idim. O, sizi çox təriflədi və dedi ki, siz çox gözəl yazıçısınız. Sizin “Yarmarka” və “Çöldə” hekayələriniz onun xoşuna gəlir, “Malva” isə yox. O dedi: “Psixologiyadan başqa hər şeyi quraşdırmaq olar. Qorkidə isə psixoloji qondarmalara rast gəlirik. O, duyub yaşamadıqlarını təsvir edir”.
Bax, belə! Tolstoy sizin haqqınızda məni çox sorğu-suala tutdu. O, sizinlə çox maraqlanır. Görünür, o mütəəssir olmuşdur.
Cümə axşamı “Qağayı”nın qapalı tamaşası olacaqdır. Gələsi olsanız, Sizə yer verərəm”.
Sizin A.Çexov. 25 aprel 1899, Moskva".

# 465 dəfə oxunub

Müəllifin son yazıları

# # #