“Antiqona” tamaşası yenidən səhnədə

“Antiqona”  tamaşası yenidən səhnədə
9 mart 2024
# 14:50

Martın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Antiqona” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşovundur.

Fransız dramaturqu Jan Anuyun eyniadlı əsəri əsasında hazırlanan tamaşada Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanlı, Ümman Budaqov iştirak ediblər.

Qeyd edək ki, müəllifin 1943-cü ildə, II Dünya müharibəsinin qızğın çağında qələmə aldığı və indiyədək bir çox ölkələrdə tamaşaya qoyulan “Antiqona”nın mövzusu antik ədəbiyyatdan gəlsə də, bütün dövrlərlə səsləşən əsərdir.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #