“Antiqona” tamaşası növbəti dəfə nümayiş olunacaq

“Antiqona”  tamaşası növbəti dəfə nümayiş olunacaq
21 iyun 2024
# 18:00

İyunun 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə göstəriləcək.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Səhnə əsərinin plastik həlli isə Ceyhun Dadaşova aiddir.

Tamaşada rolları Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanlı, Ümman Budaqov canlandırıb.

# 427 dəfə oxunub

Müəllifin son yazıları

# # #