Antik şəhərdə Səlcuqlu dönəminə aid izlər tapıldı

Antik şəhərdə Səlcuqlu dönəminə aid izlər  tapıldı
8 oktyabr 2025
# 13:30

Türkiyənin Konya şəhəri yaxınlığında yerləşən Listra antik şəhərində aparılan arxeoloji qazıntılarda türk imperiyasına aid izlər aşkarlanıb.

Kulis.az xəbər verir ki, İncilə görə, Müqəddəs Pavlusun Xristianlığı yaydığı yer kimi bilinən ərazidə arxeoloji qazıntılar zamanı tapılan izlərin Səlcuqlu dönəminə aid olduğu müəyyən edilib.

Qazıntılarda bir uşaq qəbrində firuzəyi rəngli muncuqlar tapılıb.

Qeyd edək ki, antik şəhər Roma dövründə İmperator Avqust tərəfindən qurulan koloniyalardan biri kimi tanınır.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər