Anna Axmatovanın kitabı auksionda 2 milyon rubla (46 min manat) hərraca çıxarılıb.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur rus şairi Anna Axmatovanın 1912-ci ildə yazdığı, nüsxəsi Marina Svetayevaya aid olan “Axşam” şeirlər toplusu böyük maraqla qarşılanıb.
Kitabın titul vərəqində yazılıb: “Marina Svetayeva. Moskva, 1916-cı il”. Anna Axmatovanın birinci kitabı 300 tirajla çap olunub.
Nəşrin illüstrasiyalı olduğu və 90 səhifədən ibarət olduğu bildirilir. Qapaqsız kitab, bir neçə qələm işarəsindən ibarətdir.
43-cü səhifədəki “Ərim çırpdı məni” şeirində əlyazma düzəlişi edilmişdir: “ağ gözlü” sözünün üstündən xətt çəkilmiş və əlyazma “sarışın” olaraq düzəldilmişdir.
Hərracın 20 yanvar 2022-ci il tarixində keçirilməsi planlaşdırılır.
Ədəbiyyat fondu aydınlaşdırıb ki, Axmatovanın “Axşam” kitabının daha iki nüsxəsi 800 min rubla satılıb. Svetayevanın avtoqrafları əvvəllər 5,75 milyon rubl, 6,75 milyon rubl və 4,1 milyon rubla satılmışdı.