Ancelina Coli Fələstin-İsrail münaqişəsinə münasibət bildirdi

Ancelina Coli Fələstin-İsrail münaqişəsinə münasibət bildirdi
2 noyabr 2023
# 17:40

Hollivud ulduzu Ancelina Coli Fələstin-İsrail münaqişəsinə münasibət bildirib.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa instaqramda münaqişələrə görə öldürülənlərin 40%-nin günahsız uşaqlar olduğunu yazıb.

“Qəzza iyirmi ilə yaxındır açıq hava həbsxanası olub və sürətlə kütləvi məzarlığa çevrilir. Bütün dünyanın gözü önündə və bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki şəxs - uşaqlar, qadınlar, ailələr - hamısı beynəlxalq hüquqa zidd olaraq kollektiv şəkildə cəzalandırılır və qida, dərman, humanitar yardımdan məhrum edilir".

Qeyd edək ki, CNN-in məlumatına görə, Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinə endirilən aviazərbələr nəticəsində azı 80 nəfər həlak olub.

# 858 dəfə oxunub

Müəllifin son yazıları

# # #