Anar Kərimov: Əminəm ki, qələbə ruhunu aşılayan əsərlər yazılacaq

Anar Kərimov

Anar Kərimov

26 oktyabr 2022
# 14:00

Yazıçılar Birliyi əsrlər boyu mübarizə, əzmkarlıq, azadlıq ruhunun, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik dəyərlərinin aşılanmasında fəal iştirak edib.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib.

Nazir bu ənənənin bundan sonra da davam edəcəyinə inandığını qeyd edib:"Əminəm ki, Cənab Prezident İlham Əliyevin də dediyi kimi, AYB əsrlər boyu mübarizə, azadlıq ruhunun, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik dəyərlərinin aşılanmasında iştirak edəcək, bu müqəddəs rolu davam etdirəcəkdir".

Anar Kərimov ədəbiyyatın qələbə ruhuna töhfəsi məsələsinə də toxunub:
"Mən ümid edirəm ki, şanlı zəfərimizdən sonra qələbə ruhunun cəmiyyətimizə, övladlarımıza aşılanmasında, onların tərbiyə edilməsinə ciddi stimul və təkan verən önəmli əsərlər yazılacaq".

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #