"Anama" sənədli filmi təqdim olundu

"Anama" sənədli filmi təqdim olundu
8 fevral 2024
# 12:20

Fevralın 6-da “Azerbaycan” CinemaPlus kinoteatrında kinorejissor Murad İbrahimbəyovun “Anama” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Minalardan Təmizləmə Agentliyinin işğaldan azad olunmuş ərazilərində işləyən əməkdaşlarının təhlükəli işi filmin əsas mövzusudur.

Filmin müəllifi və rejissoru olan M.İbrahimbəyov minaaxtaranların işini təfərrüatları ilə göstərərək, filmi “olum və ölüm”, “sülh və müharibə” haqqında fəlsəfi mükaliməyə yönləndirib.

Filmin müxtəlif epizodları minalanmış sahəyə qaçan inəyini xilas edərkən mina qurbanı olan kənd sakininin monoloqu üzərində qurulub. Film minaaxtaraların işinin fonunda qaçqınlıq, müharibə faciələrini yaşayan Qarabağ sakinlərinin də hekayələrini əks etdirir.

Mədəniyyət Nazirliyinin sifarişilə ərsəyə gələn filmin çəkilişləri Horadiz, Ağdam, Hadrut və Göygöldə baş tutub. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri Tofiq Musayevdir.

# 1107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #