“Ana” tamaşası növbəti dəfə səhnədə

“Ana” tamaşası  növbəti dəfə səhnədə
5 aprel 2024
# 13:00

Şuşa Dövlət Musiqili Dram Teatrı aprelin 7-də Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən teatrsevərlərin qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə, nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir.

Qeyd edək ki, əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.

# 709 dəfə oxunub

Müəllifin son yazıları

# # #