Amerikan ifaçı ABŞ himnini sərxoş halda oxudu

Amerikan ifaçı ABŞ himnini sərxoş halda oxudu
18 iyul 2024
# 11:40

Amerikan ifaçı İnqrid Endress beysbol oyunundan qabaq sərxoş halda ABŞ himnini oxuyub.

Kulis.az xəbər verir ki, ifaçı bu barədə öz İnstagram hesabında paylaşım edib.

"Dünən səhnəyə çıxan mən deyildim. MLB-dən (Baş beysbol liqası), bütün fanatlardan və çox sevdiyim ölkəmdən üzr istəyirəm", - deyə Endress yazıb.

Qeyd edək ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb. Endressin nota düşə bilməməyi istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.

# 680 dəfə oxunub

Müəllifin son yazıları

# # #