Britaniyalı müğənni Ed Şiranın təşkil etdiyi konsert turundan kənarlaşdırılan Amerikalı repçi Maklemor tədbirdən əldə edəcəyi 1 milyon dollar məbləğindəki xalis gəliri Fələstinə yardım edən altı xeyriyyə təşkilatına bağışlayacağını açıqlayıb.
Kulis.az xəbər verir ki, Nyu-Cersidəki konsertdə Fələstinə dəstək bəyanatlarından sonra tədbirdən çıxarılan Qremmi mükafatlı ifaçı bu addımı ilə diqqəti yenidən bölgədəki insani böhrana yönəltməyi hədəfləyib.
Repçinin bu təşəbbüsü digər məşhurları da hərəkətə keçirib; belə ki, Yutuber Ms. Rachel də fələstinli uşaqlar üçün 1 milyon dollar bağışlayacağını bəyan edib.
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq