Amerikalı aktrisa “Qızıl İkona” mükafatını qazandı

Amerikalı aktrisa “Qızıl İkona” mükafatını qazandı
28 sentyabr 2026
# 11:40

“Oskar”lı məşhur amerikalı aktrisa Culianna Mur 22-ci Sürix Film Festivalında "Qızıl İkona" fəxri mükafatını qazanıb.

Kulis.az xəbər verir ki, səhnədə çıxış edən aktrisa gənclik illərini Avropada keçirməsinin onun aktyorluq karyerasında həlledici rol oynadığını deyib.

Festival çərçivəsində aktrisanın Cessi Ayzenberqin rejissorluğu ilə çəkildiyi və Pol Ciamatti ilə baş rolları bölüşdüyü "The Debut" musiqili komediyasının nümayişi baş tutub.

Sentyabrın 24-dən oktyabrın 4-dək davam edən festivalda, həmçinin Martin Makdonax, Tom Hiddlston və Con Turturro kimi tanınmış kinematoqrafçılar fəxri mükafatlarla təltif olunublar.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər