"All My Children"ın ulduzu vəfat etdi

"All My Children"ın ulduzu vəfat etdi
10 iyul 2023
# 16:20

Amerikalı teatr və kino aktyoru Cefri Karlson 48 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “All My Children” serialında "Co" obrazını canlandıran aktyor 48 yaşında dünyasını dəyişib.

Aktyor 23 iyun 1975-ci ildə Kaliforniya ştatının Lonq-Biç şəhərində anadan olub. Anası ona Cefri adını qoyub, çünki o, "All My Children" serialındakı Ceff Martinin personajının pərəstişkarı idi.

Karlson 2005-ci ildə Uill Smitin "Hitch" romantik komediyasında "Eqon" obrazını canlandırıb.

# 696 dəfə oxunub

Müəllifin son yazıları

# # #