Albano Karrizi Rusiya vətəndaşlığından imtina etdi

Albano Karrizi Rusiya vətəndaşlığından imtina etdi
18 noyabr 2024
# 17:44

İtaliyalı müğənni Al Bano Karrizi Rusiya vətəndaşlığından imtina edib.

Kulis.az xəbər verir ki, sənətçi köklərini dəyişmək istəmədiyini bildirib.

İfaçı tez-tez başqa ölkəyə köçmək təklifləri aldığını qeyd edib. O, Los-Anceles və Monte Karloya köçməkdən imtina edib:

“Mən də Albaniya vətəndaşıyam. Mənim adım bu ölkə ilə bağlıdır. Atam İkinci Dünya Müharibəsində vuruşub. O, sağ qalmasına albanların kömək etdiyini bildirib. O, anama dedi ki, oğlumuza Al Bano adını verək və o, bizə uğur gətirəcək. Atam haqlı çıxdı”.

Al Bano Karrizi Rusiyanı sevdiyini, lakin vətəndaşlığını qəbul etmək istəmədiyini bildirib.

# 595 dəfə oxunub

Müəllifin son yazıları

# # #