Aktyor: "Onun şeirlərini Puşkinin şeirlərindən daha çox bilirlər"

Aktyor: "Onun şeirlərini Puşkinin şeirlərindən daha çox bilirlər"
31 mart 2026
# 12:21

Rusiyalı aktyor Stanislav Sadalski teleqram kanalında mərhum şair Nikolay Dobronravov haqqında fikirlərini bölüşüb.

Kulis.az xəbər verir ki, sənətçi Dobronravovu Rusiyanın ən populyar şairlərindən biri adlandırıb.

Aktyorun sözlərinə görə, rusiyalılar Dobronravovun şeirlərini Aleksandr Puşkin və Mixail Lermontovun əsərlərindən daha çox bilir.

O, həmçinin arxiv fotosunu paylaşaraq Dobronravov və onun həyat yoldaşı, bəstəkar Aleksandra Paxmutova haqqında da danışıb. Sadalski qeyd edib ki, Kalininqraddan Vladivostoka qədər heç bir məclis Dobronravovun mahnıları olmadan keçmir.

“Çünki Nikolay Dobronravov həyat yoldaşı Aleksandra Paxmutovanın dahiyanə musiqisinə hər zaman səmimi və təsirli sözlər yazırdı”, – deyə o əlavə edib.

Xatırladaq ki, Nikolay Dobronravov 16 sentyabr 2023-cü ildə 94 yaşında vəfat edib. O, 1956-cı ildən ömrünün sonuna qədər Aleksandra Paxmutova ilə birlikdə mahnılar bəstələyib.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər