Fransız aktyoru, kino prodüseri və rəssam Jak Şarrye, aktrisa və müğənni Bricit Bardonun keçmiş əri, vəfat edib.
Kulis.az Lent.az-a istinadən xəbər verir ki, sənətçi 3 sentyabr axşamı, 88 yaşında, Bretan bölgəsinin Sen-Briak-sür-Mer şəhərində dünyasını dəyişib.
Onun aktyorluq karyerası 1956-cı ildə başlayıb. 1958-ci ildə Loran Terzieff və Jan-Pol Belmondo ilə birlikdə çəkildiyi “Aldadanlar” filmi sayəsində tanınıb.
Qeyd edək ki, bir ildən sonra Bricit Bardo ona Kristian-Jakın filmi “Babetta müharibəyə gedir”-də rol təklif edib. Elə həmin filmdən sonra sənətçilər evləniblər.