Aktrisa Nina Qrebeşkova dünyasını dəyişib

Aktrisa Nina Qrebeşkova dünyasını dəyişib
13 may 2025
# 09:25

Rusiyalı aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib.

“Brilyant əl”, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “12 stul”, “Ola bilməz”, “Sportloto-82” və digər filmlərdəki rolları Nina Qrebeşkovaya şöhrət qazandırıb.

Qeyd edək ki, aktrisa məşhur rejissor Leonid Qaydayın həyat yoldaşı olub.

# 147 dəfə oxunub

Müəllifin son yazıları

# # #