Aktrisa Məsumə Babayeva vəfat etdi

Aktrisa Məsumə Babayeva vəfat etdi
24 yanvar 2026
# 18:19

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Qeyd olunub ki, 74 yaşlı M.Babayeva bu dəqiqələrdə vəfat edib.

Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər