Aktrisa bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi

Aktrisa bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi
10 aprel 2023
# 14:20

54 yaşında rus teatr və kino aktrisası və dublyaj ustası Yelena Şulman bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, “112” teleqram kanalının məlumatına görə, faciə Sankt-Peterburqda baş verib.

Hadisə zamanı tam sürətlə hərəkət edən avtobus dayanacağında olarkən aktrisaya çırpılıb. Zərərçəkmiş ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün mübarizə aparsalar da, Şulman vəfat edib.

Elena Şulman aktrisa və dublyaj rejissoru kimi tanınıb. O, karyerası ərzində 700-dən çox film və cizgi filmi, o cümlədən Sam Raiminin "Hörümçək adamı", "Rusiyanın üç qəhrəmanı" kimi filmləri səsləndirib.

Monika Belluççi, Kirsten Danst, Culiya Roberts və başqaları onun səsində rus dilində danışıblar. Şulman həmçinin "Dota 2", "League of Legends" kimi video oyunlarında personajları səsləndirib.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #