Akif Əlinin “Özgə dünya” povesti çap olundu

Akif Əlinin “Özgə dünya”  povesti çap olundu
12 fevral 2026
# 12:20

Yazarlar" jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə hər il həyata keçirdiyi "25 yarpaq" layihəsi çərçivəsində 2026-cı il üçün Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin "Özgə dünya" povesti ayrıca kitab şəklində çap olunub.

Kulis.az xəbər verir ki, tələbə tağımının komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun doğum günü fevralın 22-si olduğuna görə hər il fevral ayında bu layihə çərçivəsində bir kitab nəşr olunub oxuculara təqdim edilir.

Kitabın redaktoru Gülü - Gülüzə Mustafayeva, naşiri Tuncay Şəhrili, layihə rəhbəri isə "Yazarlar" jurnalının baş redaktoru Zaur Ustacdır.

Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər