AKİ əməkdaşı Mərakeşdə

AKİ əməkdaşı Mərakeşdə
5 dekabr 2024
# 12:57

Afaq Yusifli Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr-layihələr üzrə meneceri, o cümlədən, müstəqil sənədli film rejissoru qismində Mərakeşdə keçirilən Qlobal Mədəni Münasibətlər Proqramında Azərbaycanı təmsil edib.

Kulis.az xəbər verir ki, bu il layihəyə rekord sayda – 8333 müraciət daxil olub və 37 iştirakçının təmsil etdiyi 34 ölkədən biri Azərbaycan olub. O, bütün Qafqaz ərazisindən seçilən yeganə dövlət kimi təmsil edilib. Bu günə qədər Valetta şəhəri (Malta 2016), Afina şəhəri (Yunanıstan 2017), Amsterdam şəhəri (Niderland 2018), Onlayn (2021), İstanbul şəhəri (Türkiyə 2022), Madrid şəhəri ( İspaniya 2023) və Mərakeş şəhərində (Mərakeş 2024) yeddi dəfə baş tutmuş layihədə Afaq Yusiflinin iştirakilə Azərbaycan ilk dəfə təmsil olunub.

Layihənin rəsmi saytına əsasən, “Qabaqcıl proqram hesab edilən Qlobal Mədəni Münasibətlər Proqramı (GCRP) mədəni mütəxəssislərin bacarıqlarını inkişaf etdirir, artırır və onlara uyğunlaşdırılmış həmyaşıdlar arası öyrənmə, mədəniyyətlərarası əməkdaşlıq və qlobal şəbəkə vasitəsilə beynəlxalq mədəni əlaqələrdə iştirak etməkdə dəstək verir. 2016-cı ildə fəaliyyətə başlayan GCRP (Global Cultural Relations Programme) altı qitədən və müxtəlif mədəniyyət və yaradıcı sektorlar arasından 260 peşəkardan ibarət bir icma qurmağı bacarıb”.

Bu proqram diqqətlə hazırlanmış, yenilikçi və interaktiv təlim proqramı təklif edir. İştirakçılar fənlərarası və mədəniyyətlərarası əməkdaşlıqda bacarıqlarını inkişaf etdirmək, bənzər çətinliklər və imkanlarla üzləşən, dünyanın hər yerindən olan peşəkarlarla əməkdaşlıq etmək, yaşıdlarla öyrənmək vasitəsilə mədəniyyət sahəsində və ya daha təhlükəsiz cəmiyyət yaratmaq üçün çalışan gənc mütəxəssislər və dəyişiklik yaradanlarla əlaqə saxlamaq imkanı əldə edirlər. Potensial əməkdaşlıq məqsədilə iki sektoru bir araya gətirməkdə güclü tərəfləri müəyyən etmək üçün mədəniyyətlərin kəsişməsi və daha təhlükəsiz cəmiyyətlərin yaradılması ilə bağlı dərin müzakirələr təşkil olunur. İştirakçılar, həmçinin, Mədəni Münasibətlər Platformasının 260 məzunundan ibarət böyük komandasına uzunmüddətli əsasda qoşulmaq şansı əldə edirlər. Mədəni Münasibətlər Platforması dialoq, mübadilə və əməkdaşlıq üçün dünya üzrə mədəniyyət işləri üzrə məşğul olan fərdləri birləşdirən Avropa İttifaqının maliyyələşdirdiyi layihədir. Platforma həmçinin beynəlxalq mədəni əlaqələr sahəsində Avropa İttifaqına (Aİ) ekspertlik təcrübəsi də təqdim edir.

Adıçəkilən platforma Brüssel Höte İnstitutu tərəfindən Avropa Mədəniyyət Fondu (Niderland), Müasir İfa Sənəti üzrə Beynəlxalq Şəbəkə (Belçika) və Siena Universiteti (İtaliya) ilə birgə həyata keçirilir.

25-28 Noyabr 2024-cü ildə Mərakeşdə keçirilən layihə Mədəniyyət və yaradıcılıq sektoru (Memarlıq, audiovizual və kino, kitablar və nəşriyyat, mədəni irs, mədəniyyət idarəçiliyi, dizayn, media, musiqi, ifa sənətləri, vizual incəsənət və s.) və daha təhlükəsiz cəmiyyətlərin yaradılması sahəsində çalışan peşəkarları (Münaqişə və münaqişədən sonrakı ərazilər, sülh quruculuğu, vasitəçilik təcrübələri, dialoq və təhsil, münaqişədən sonrakı travmanın sağalması və psixi sağlamlıq, dinlərarası dialoq, insan hüquqları və hüquqlara əsaslanan təşəbbüslər, marjinal qruplarla işləmək, sosial ədalət, inklüzivlik və möhkəmlik, sığınacaq, miqrasiya və məcburi köçkünlük, təbii fəlakət və iqlim dəyişikliyinə cavab tədbirləri, dezinformasiyaya qarşı tədbirlər və s. sahələr) bir araya gətirib.

# 1328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #