Akademiya fələstinli rejissordan üzr istəyib

Akademiya fələstinli rejissordan üzr istəyib
1 aprel 2025
# 10:00

Kino Sənətləri və Elmləri Akademiyası "Oskar" mükafatlı fələstinli rejissordan üzr istəyib.

Kulis.az xəbər verir ki, Akademiya "No Other Land" ("Başqa torpaq yoxdur") sənədli filminin fələstinli rejissoru Həmdan Ballala kifayət qədər dəstək vermədiyi üçün üzr istəyib.

Akademiyanın direktoru Bill Kramer və prezident Janet Yanq çərşənbə günü verdiyi açıqlamada Ballalla yanaşı "dəstəksiz hiss edən hər bir sənətçidən" üzr istəyib.

Qeyd edək ki, "Başqa torpaq yoxdur" filmi bu il "Ən yaxşı sənədli film" nominasiyasında "Oskar" mükafatını qazanıb.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

# # #