“Akademik Ziya Bünyadov 100” adlı sərgi hazırlandı

“Akademik Ziya Bünyadov 100”  adlı sərgi hazırlandı
21 dekabr 2023
# 15:40

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Ziya Bünyadov 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Prezident İlham Əliyevin Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, görkəmli alimlə bağlı fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi, redaktoru olduğu, tərcümə etdiyi, haqqında yazılan kitablar, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və digər dillərdə kitablar nümayiş olunub.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilər.

# 1039 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #