Aftandil İsrafilovun vəziyyəti ağırlaşdı

Aftandil İsrafilovun vəziyyəti ağırlaşdı
5 dekabr 2022
# 11:33

Uzun müddətdir müalicə olunan Xalq artisti, qarmon ifaçısı Afdandil İsrafilovun vəziyyəti pisləşib.

Bu barədə Kulis.az-a ifaçının qızı Həcər İsrafilova məlumat verib. O, bildirib ki, dekabrın 2-dən xəstəxanaya yerləşdirilən ifaçının vəziyyəti ağır olaraq qalır:

"Vəziyyəti yaxşı deyil. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, işləmir. Reanimasiyada olduğundan bizi yanına buraxmırlar. Ümid edək ki, hər şey yaxşı olacaq. Maraqlanan hər kəsə təşəkkür edirik".


# 2591 dəfə oxunub

Müəllifin son yazıları

# # #