ADMİU-nun tələbəsi “Ən yaxşı məqalə” mükafatına layiq görüldü

ADMİU-nun tələbəsi  “Ən yaxşı məqalə”  mükafatına layiq görüldü
28 sentyabr 2023
# 12:28

ADMİU-nun Teatrşünaslıq ixtisasının tələbəsi Fatimə Qurbanzadə “Pillə 2” Tələbə Tamaşaları Festivalı çərçivəsində “Ən yaxşı məqalə” mükafatına layiq görülüb.

Kulis.az Teatro.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibəti ilə təşkil olunan “Pillə 2” Tələbə Tamaşaları Festivalında teatrşünas-tələbələrdən ibarət gənc ekspertlər qrupu fəaliyyət göstərib.

Onlar festival tamaşalarını müzakirə edərək, gənc ekspertlərin mükafatını müəyyənləşdirib və festival haqqında mətbuatda məqalələrlə çıxış edib. Bu məqalələr Teatro.az sənət portalında dərc olunub.

Məqalələr arasında Fatimə Qurbanzadənin “Festival bəşəri kəpənəkdir” məqaləsi ADMİU-nun Teatrşünaslıq kafedrasının professor-müəllim heyətinin rəyinə əsasən, “Ən yaxşı məqalə” seçilib.

Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə və kafedranın dosenti Elçin Cəfərovun iştirakı ilə qalibə mükafat təqdim edilib. Qalib tələbə Fatimə Qurbanzadə sertifikat, hədiyyə və pul mükafatına layiq görülüb.

Professor Aydın Talıbzadə festivalda iştiraka görə tələbələrə təşəkkür edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

# 768 dəfə oxunub

Müəllifin son yazıları

# # #