Şəhriyar del Geraninin şeirlər kitabı çap olundu

Şəhriyar del Geraninin şeirlər kitabı çap olundu
12 may 2015
# 16:44

Şəhriyar del Geraninin “darıxmağın adı” şeirlər və esselər kitabı çapdan çıxıb. Müəllifin Kulisə verdiyi məlumata görə, kitabda tələbəlik dövründən son vaxtlaradək yazılmış mətnləri yer alıb.

Kitab – “bir ovuc əllərin” fəsli +7 şeir, “bir şəklin tarixçəsi” fəsli +7 şeir, “oyuncaq” fəsli +7 şeir, “bütün aylar oktyabr” fəsli + 12 (təqvim) şeirlərindən və “növbəti kitabdan seçmələr” adlı bölmədə yer almış “tələbə gündəlikləri üçün 33 şeir”dən ibarətdir.

Kitaba ön sözü Vaqif Bayatlı Odər yazıb. Redaktor Seyfəddin Hüseynlidir.


”Yazıçı” nəşriyyatında 1000 nüsxədə çap olunmuş kitabın təqdimatı yaxın günlərdə baş tutacaq.

# 946 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #