Açıq gözlərini döyür küləklər - Lorkanın şeiri

Açıq gözlərini döyür küləklər - Lorkanın şeiri
19 oktyabr 2023
# 15:10

Kulis.az Federiko Qarsiya Lorkanın "Gözlənilməz" şeirini təqdim edir.

Köksündə qanlı bıçaq
səssizcə uzanıb qalıb küçədə.

Bu yerdə,
bu şəhərdə
tanıyan yox onu bircə nəfər də.

Necə də,
necə də titrəyir, Allah,
başının üstdəki yarımcan fənər!

Ağarır dan yeri,
açılır səhər,
açıq gözlərini döyür küləklər.

Di gəl,
bircə nəfər
qabağa durmur,
bağlamır yazığın göz qapağını.

Eləcə
uzanıb qalıb küçədə,
eləcə köksündə qanlı bir bıçaq,
bircə kəs də onu tanımır ancaq...

Tərcümə: Mahir N.Qarayev

# 639 dəfə oxunub

Müəllifin son yazıları

# # #