“Açar” bədii filmi beynəlxalq festivalda

“Açar” bədii filmi beynəlxalq festivalda
28 dekabr 2023
# 10:13

“Açar” qısametrajlı bədii filmi gələn ilin yanvarın 12-18-də Bolqarıstanda keçiriləcək 16-cı Sofia Menar Film Festivalının qısametrajlı filmlər proqramına seçilib.

Kulis/az xəbər verir ki, proqramda Azərbaycanla yanaşı Yaponiya, ABŞ, İran, Tunis, Misir, Pakistan kimi ölkələrdən təqdim olunan filmlər yer alıb.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, təsvir rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Ekran əsərində Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

# 685 dəfə oxunub

Müəllifin son yazıları

# # #