ABŞ-nin silah probleminə görə 'Avatar'ın davamından 10 dəqiqə kəsildi

ABŞ-nin silah probleminə görə 'Avatar'ın davamından 10 dəqiqə kəsildi
28 dekabr 2022
# 14:00

ABŞ-də “Avatar 2” filminin nümayişi zamanı filmdən 10 dəqiqə kəsilib.

Kulis.az xəbər verir ki, bu barədə filmin rejissoru Ceyms Kemeron məlumat verib.
Onun sözlərinə görə, buna səbəb həmin səhnələrdə silah və zorakılığın nümayiş etdirilməsi olub.

Rejissor qeyd edib ki, məqsədi bu filmlə Amerika cəmiyyətində silahı və zorakılığı təbliğ etmək deyil: “Onsuzda ABŞ-də kütləvi atışma hallarını hər zaman aktual mövzu olub”.

Qeyd edək ki, “Avatar2” premyerasından sonra 10 gün ərzində 855 milyon dollar qazanıb. Bu göstəriciyə görə film ən yüksək gəlirlilik reytinqində beşinci yeri tutub.

# 990 dəfə oxunub

Müəllifin son yazıları

# # #