Dünya futbolunun canlı əfsanələrindən olan Zlatan İbrahimoviç haqqında film çəkilir.
Kulis.az xəbər verir ki, filmdə isveçli futbolçunun 11-23 yaş arası yaşantıları təqdim olunacaq.
Jens Sjögrenin rejissoru olduğu filmin çəkilişlərinə bu ilin sentyabr ayında başlanıb. Ekran işinin 2021-ci ilin payızında təqdim olunacağı bildirilir.