Zakir Sadatlının son şeiri – Mətn

Zakir Sadatlının son şeiri – Mətn
5 fevral 2020
# 11:20

Bu gün tanınmış yazıçı-telejurnalist, şair, ssenarist Zakir Sadatlının anım günüdür. Geniş oxucu kütləsi Zakir müəllimi şeirləri ilə yanaşı “Əfqanıstan uçurumu” roman-memuarı ilə tanıyır. Müəllifin ölümü ilə davamı yazılmayan roman Əfqanıstan mövzusunda Azərbaycanda yazılmış ən yaxşı əsər hesab olunur.

Kulis.az Zakir Sadatlının anım günündə onun son qələmə aldığı şeiri təqdim edir.


Nooldu... döndü vələdin,
And içdin düzə, yalana...
Bir quzun itdi... mələdin,
"İtkinim!" - deyib balana -
Niyə aramadın, kəndim?!

Dərd telimi darayan gün
"Ana!" deyib zarıyan gün
Ağlamaqdan səsim batıb,
Göz yaşlarım quruyan gün
Niyə qurumadın, kəndim?!

Bici, axmağı qorudun,
Evi, daxmanı qorudun
Mərci, paxlanı qorudun
Məni qorumadın, kəndim...

Day qoyma ağıl başıma
Day səpmə noğul başıma...
Kül mənim oğul başıma,
Məndən yarımadın, kəndim!..

# 1291 dəfə oxunub

Müəllifin son yazıları

# # #