Yeniyetmə musiqiçilər beynəlxalq müsabiqədə uğur qazandılar

Yeniyetmə musiqiçilər beynəlxalq müsabiqədə uğur qazandılar
29 mart 2021
# 13:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən "Bahar musiqisi" VIII Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak ediblər.

İdarədən bildirilib ki, müsabiqədə musiqi məktəbinin şagirdləri - "Fortepiano" nominasiyasında 8-10 yaş kateqoriyasında Zəhra Quliyeva I dərəcəli laureat, 7 yaşa qədər kateqoriyası üzrə Emin Nəsibli II dərəcəli laureat, 14-16 yaş kateqoriyası üzrə Ayla Əliyeva II dərəcəli laureat adına layiq görülüblər.

13 nömrəli uşaq musiqi məktəbinin müəllimləri Könül Nəsirova, Rəna Məmmədova, Zeynəb Həmidova musiqi sahəsində estetik inkişafa əvəzsiz töhfə verdiklərinə və iştirakçıları müsabiqəyə hazırladıqlarına görə təşəkkürnamə ilə təltif olunublar.

# 1504 dəfə oxunub

Müəllifin son yazıları

# # #