Azərbaycan yazıçısı Dilsuzun “Mobil telefon” hekayəsi Gürcüstan ədəbiyyat portalında yayımlanıb.
Kulis.az xəbər verir ki, hekayə Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tərcümə edilib və yayımlanıb.
2008-ci ildən fəaliyyətə başlayan portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski, Mario Varqas Lyosa, Zbiqnev Herbert, Magda Novakovski, Silviya Plat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.
- Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır "
- Hazırda ABŞ-da ən çox satılan 5 kitab
- Əməkdar artistin vəziyyəti ağırlaşdı
Portalın baş redaktoru tanınmış gürcü yazıçısı Malxaz Xarbediadır.