Yazıçı vəfat etdi

Yazıçı vəfat etdi
20 aprel 2020
# 10:16

Tanınmış rus yazıçısı Aleksandr Kabakov vəfat edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, 76 yaşlı yazıçının ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Aleksandr Kabakov 1943-cü ildə Novosibirskidə anadan olub. Yazıçı qələmə aldığı "Nevozvraşenets" əsəri ilə məşhurluq qazanıb. Bundan başqa onun “Yazışma hüququ olmayan on il” və “"Nevozvraşenets” romanları əsasında filmlər çəkilib.

Kabakovun əsərləri ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, Skandinaviya ölkələrində, Yaponiya və Çində nəşr edilib.

# 2582 dəfə oxunub

Müəllifin son yazıları

# # #