Yazıçı Kira İzmailova Moskvadakı evində ölü tapılıb.
Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, Kira İzmailovadan bir həftə xəbər almayan yazıçının bacısı polisə məlumat verib.
Yazıçının Mnevniki küçəsində yerləşən mənzilinə baxış zamanı polis mənzilin qapısının açıq olduğunu görüb. 37 yaşlı yazıçının meyiti mətbəxtə aşkarlanıb. Yazıçının üç gün əvvəl öldüyü aydınlaşıb. Ölüm səbəbi hələki məlum deyil.
Kira İzmailova 17 dekabr 1982-ci ildə Moskvada anadan olub. 2000-ci illərin ortalarında IT şirkətlərindən birində çalışıb. İzmailova "Futhark", "Duz Vera", "Xallı əjdəha", "Mən vurdum" və "Mirtis ailəsi haqqında hekayələr" kimi əsərlərin müəllifidir.