Yaradıcılıq fakültəsində Cəlil Cavanşirlə görüş keçirildi - Fotolar

Yaradıcılıq fakültəsində Cəlil Cavanşirlə görüş keçirildi - Fotolar
22 noyabr 2019
# 15:10

Bu gün Azərbaycan Dillər Universitetinin “Yaradıcılıq fakültəsi”ndə Cəlil Cavanşirlə görüş keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan “Yaradıcılıq Fakültəsi”nin dekanı Qismət Rüstəmov tədbir iştirakçılarını salamlayıb, silsilə şəklində davam edən ədəbi-bədii görüşlərin əhəmiyyətindən danışıb.

Cəlil Cavanşir tələbələrə çağdaş nəşriyyat sistemindən, ədəbi əcdadlarından, özünə yaxın hesab etdiyi müəlliflərdən söhbət açıb. Qonaq görüşün ikinci hissəsində öz şeirlərdən nümunələr oxuyub və tələbələrin suallarını cavablandırıb.

# 2229 dəfə oxunub

Müəllifin son yazıları

# # #