Xurşidbanu Natəvana layihə həsr olundu - Video

Xurşidbanu Natəvana layihə həsr olundu - Video
15 avqust 2020
# 11:20

“Dəyər Ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında yeni layihəyə imza atıb.

Kulis.az xəbər verir ki, Xurşidbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir.

Mahnını peşəkar müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Nataliya Gonçarovaya, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur. Natik Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir.

Bu layihə “Azərİpək” MMC-nin dəstəyi ilə “Dəyər Ver” tərəfindən həyata keçirilib. Layihə üç dildə - Azərbaycan, rus və ingilis dilində hazırlanıb.

Xatırladaq ki, Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi hesab edilən Şuşada yaşayıb.

# 2162 dəfə oxunub

Müəllifin son yazıları

# # #