Xətai Akvarel Qalereyasından maraqlı tədbir

Xətai Akvarel Qalereyasından maraqlı tədbir
22 iyun 2021
# 15:01

Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyası tərəfindən akvarel vorkşopu keçirilib.

Xətai Sənət Mərkəzindən bildirilib ki, tədbirdə sulu boyaçı rəssamlar Xasay Mirzəyev, Səbinə İsgəndər, Pərviz Əliyev, Natalya Kornetova, İrina Saqan, Leyla Vazehi, Novruz Allahverdiyev, Hüseyn İskəndər, həmçinin, “Artistan” gənclərdən ibarət incəsənətlə bağlı təşəbbüs qrupu və bir sıra başqa qonaqlar iştirak edib.

Rəssamlar və həvəskar rəssamlar rəsm çəkməklə bərabər sulu boyanın özəllikləri haqda fikirlərini bölüşüblər.

Tədbir ölkəmizdə sulu boyanın inkişafına xidmət etmək, həmçinin bu texnika ilə çəkilən əsərlərə marağı artırmaq məqsədilə təşkil edilib.

# 1427 dəfə oxunub

Müəllifin son yazıları

# # #