Xaricdə yaşayan musiqiçilərimizdən Şuşa kompozisiyası - Video

Xaricdə yaşayan musiqiçilərimizdən Şuşa kompozisiyası - Video
7 noyabr 2020
# 13:13

Xaricdə yaşayan musiqiçilərimiz “Mənim ürəyim Şuşa” adlı musiqi kompozisiyası hazırlayıb.

Kulis.az xəbər verir ki, Şuşa haqqında kompozisiyanın musiqisi xaricdə yaşayan həmyerlimiz məşhur skripkaçı Anar Bramova, sözləri isə Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsusdur. Kompozisiya Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

# 2920 dəfə oxunub

Müəllifin son yazıları

# # #