Xaql artisti Karmen obrazını canlandıracaq

Xaql artisti  Karmen obrazını canlandıracaq
14 yanvar 2020
# 13:55

Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Karmen partiyasını Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ifa edəcək.

F.Hacıyeva ilə yanaşı opera tamaşasında teatrın solistlərindən Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita),

Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Əliəhməd İbrahimov (Remendado), Tural Yahyayev (Dankayro), solist Nina Makarova (Mersedes) iştirak edəcəklər.

Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

# 2000 dəfə oxunub

Müəllifin son yazıları

# # #