Xalq şairinin adına kitab sərgisi açıldı

Xalq şairinin adına kitab sərgisi açıldı
21 yanvar 2020
# 16:59

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə “Zəlimxan Yaqub - 70” adlı geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Bu yaşıl ağacın altı bizimdir”, “Ziyarətin qəbul olsun”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Əbədiyyət dastanı”, iki cildlik “Seçilmiş əsərləri”, 13 cildlik “Əsərləri” və digər kitabları, eyni zamanda xarici dillərdə nəşr edilmiş əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, haqqında yazılmış kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

# 1419 dəfə oxunub

Müəllifin son yazıları

# # #