Xalq rəssamı evində ölü tapıldı

Xalq rəssamı evində ölü tapıldı
13 yanvar 2021
# 15:50

Sovet heykəltəraşı və Rusiyanın Xalq rəssamı Yevgenia Qatilova Moskvadakı evində ölü tapılıb.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, 99 yaşlı Yevgenia Qatilova yanvarın 12-də Böyük Devyatinsky Zolağındakı mənzilində ölü tapılıb. Hüquq mühafizə orqanları tərəfindən sənətkarın kəskin ürək çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, Qatilova Sovet İttifaqında ən böyük çini ustalarından biri sayılırdı. 2006-cı ildə Rusiyanın Xalq rəssamı adına layiq görülüb.

# 2307 dəfə oxunub

Müəllifin son yazıları

# # #