Xalq artistindən həyəcan təbili: "Bu xəbərləri qadağan edin"

Xalq artistindən həyəcan təbili: "Bu xəbərləri qadağan edin"
23 fevral 2021
# 11:32

“Biz sivil bir cəmiyyət qurmalıyıq. Psixopat cəmiyyət yox!”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə və mediada intihar, zorakılıq hadisələrinin qarşısının alınması üçün aidiyyatı qurumlara ünvanladığı müraciətində qeyd edib:

“Mən bir Azərbaycan vətəndaşı olaraq, aidiyyatı qurumlardan xahiş edirəm ki, sosial şəbəkələrdə, telelvizya kanallarında zorakılıq, intihar hadisələrinin yayaımlanması qadağan olunsun. Bu insanların psixologiyasına öz mənfi təsirini göstərir. Təhsili, elmi, incəsənəti təbliğ edin. Savadlı gənclərimizi nümunə olaraq təbliğ edin. Biz torpaqlarımızı şəhidlərin qanı bahasına aldıq. Biz sivil cəmiyyət qurmalıyıq, psixopat cəmiyyət yox”

# 2328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #