Xalq artistinə medal verildi

Xalq artistinə medal verildi
2 iyul 2021
# 17:45

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Kulis.az xəbər verir ki, bəstəkar bu təltifə milli musiqi mədəniyyətimizin hərbi-vətənpərvərlik istiqamətində inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətinə görə layiq görülüb.

Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin bədii rəhbəri və dirijoru Səməd Vəkilov medalı təqdim edərək, rəhbərlik etdiyi kollektivin Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlığını xüsusi olaraq vurğulayıb.

F.Əlizadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək etimadını qiymətləndirərək öz dərin minnətdarlığını bildirib. Bu il pandemiya səbəbindən “Şəki İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi qeyri-mümkün olsa da, F.Əlizadə qeyd edib ki, gələcəkdə Bəstəkarlar İttifaqının orkestr ilə əməkdaşlığı uğurla davam etdiriləcək.

# 1733 dəfə oxunub

Müəllifin son yazıları

# # #