Xalq artistinə ağır itki üz verdi

Xalq artistinə ağır itki üz verdi
1 aprel 2020
# 15:30

Xalq artisti Canəli Əkbərov iki gün əvvəl Rusiyada qəzada dünyasını dəyişən qardaşı barədə açıqlama verib.

Kulis.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Canəli Əkbərov özü məlumat verib. Muğam ustadı Fərail Əkbərovun nəşinin Rusiyada olduğunu, güman ki, dəfn mərasiminin orada baş tutacağını bildirib:

“Yayılan məlumatlar doğrudur. Avtomobili özü idarə edib. Arxadan gələn başqa bir avtomobil ona çırpılıb. Çox çətin bir dövrdə dünyasını dəyişdi. Ailəsi, övladları, işi Sankt- Peterburqdadır. Nəşinin Azərbaycana gətirilməsi məsələsi ortada qalıb. Görək nə olur?!”

# 2679 dəfə oxunub

Müəllifin son yazıları

# # #