Azərbaycanın Xalq artisti, nağara ifaçısı Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” ritm qrupu Daşkənddə keçirilən “Zərb Şou” Abbas Qasımov və onun dostları” konsertində iştirak edib.
Kulis.az xəbər verir ki, konsertə Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, bu sənəti sevənlər qatılıblar.
Konsertin əvvəlində Özbəkistanda tanınan doyra (nağara) ustası, Əməkdar artist Abbas
Qasımovun yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, Özbəkistanı ABŞ, Azərbaycan, Avstraliya, Fransa, Rusiya, Tayvan, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrdə keçirilən musiqi festivallarında təmsil edib, adı qaliblər sırasında çəkilib.
Konsert proqramında Abbas Qasımov ayrılıqda və Natiq Şirinovla birgə nağarada yaddaqalan musiqi nömrələri ifa edib. “Natiq” ritm qrupunun ifasını isə tamaşaçılar ayaq üstə alqışlarla qarşılayıblar.
Sonda Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Natiq Şirinova özbək milli geyimi-çapan hədiyyə edib