Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
4 may 2021
# 09:25

Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Yefim Kamenetskiy vəfat edib.

Kulis.az Tass-a istinadən xəbər verir ki, 85 yaşlı aktyor Sankt-Peterburqdakı evində həyatını itirib. Həyatının son vaxtlarına kimi səhnəyə çıxan Yefim Kamenetskiy tamaşaçıların sevimli aktyoruna çevrilməyi bacarmışdı.

Qeyd edək ki, onun teatr fəaliyyəti 1958, kino fəaliyyəti isə 1969-cu ildən başlanmışdı. O, tamaşalar və filmlərlə yanaşı bir sıra teleseriallarda da rol almışdı.

Həmçinin İngiltərə və Polşada teatr pedaqoqu kimi də çalışırdı.

# 1570 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #