Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
29 dekabr 2019
# 19:10

Rusiyanın Xalq artisti Konstantin Yuçenkov vəfat edib.

Kulis.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Tver Akademik Dram Teatrının aparıcı aktyoru, Rusiyanın Xalq artisti Konstantin Yuçenkov uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yuçenkov 1947-ci ildə Smolenskdə sənətkar ailəsində anadan olub. GİTİS-in aktyor şöbəsini bitirib. Ulyanovsk və Tallinn dram teatrlarında işləyib. Səhnədə yüzə yaxın rol oynayan aktyor, bir sıra seriallarda, film və televiziya şoularında iştirak edib.

O, "Vidalaşmayacağıq", "Şəxsi detektiv Tatyana İvanova", "İnanın mənə", "Maskarad" kimi filmlərdə bir-birindən maraqlı obrazlar canlandırıb. Yuçenkov daha çox Leninqradın məşhur musiqi qrupu "Kolşçik”in klipində oynadığı rüşvətxor məmur rolu ilə yadda qalıb.

# 2063 dəfə oxunub

Müəllifin son yazıları

# # #