Xalq artisti oğlundan yazanları hədələdi

Xalq artisti oğlundan yazanları hədələdi
6 iyul 2020
# 20:40

Xalq artisti Brilliant Dadaşova oğlu haqqında yazanları məhkəmə ilə hədələdi.

Kulis.az xəbər verir ki, müğənni bu haqda öz İnstagram səhifəsində yazıb. O, hadisələri əvvəldən təhlil edən paylaşımını bu sözlərlə bitirib: “Bu dövlətin qanunları var – o insanlarla vəkil danışacaq, özü də məhkəmədə ”

Xatırladaq ki, Xalq artistinin oğlu Cahad Hacıyev "Facebook"da “Fairmont Baku” otelində baş verən hadisə ilə bağlı belə bir status yazıb:

“Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər”.

Status çox kəskin reaksiyalar doğurub müəllifinə qarşı təhqiramiz fikirlər bildirilib.

# 5127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #