Xalq artisti dilə gəldi: "Çox çətindir"

Xalq artisti dilə gəldi: "Çox çətindir"
14 sentyabr 2021
# 11:30

“Pandemiya psixoloji cəhətdən səhhətimizə ziyan verir. İşsiz, səhnəsiz hər bir insana çətindir. Darıxıram, sıxılıram”.

Bu sözləri qaynarinfo.az-a müsahibəsində Xalq artisti Naibə Allahverdiyeva söyləyib. O, daha sonra əlavə edib:

“Biz sənət adamlarını yaşadan səhnədir, teatrdır. Bu iki ildə hamıya çətin oldu, amma aktyorlara, sənət adamlarına daha çətin oldu. Teatrsız, tamaşaçılarsız qalmaq olmur. Aktyorlar da idmançılar kimdir, gərək hər zaman səhnədə məşqlərdə olsunlar. Aktyor daima öz üzərində işləməli, obraz yaratmalıdır. Aktyor səhnədə məşq etdikcə bişir”.

Aktrisa pandemiyanın fəsadlarını postpandemiya dövründə daha çox yaşayacağımızı bildirib:

“Teatra qayıdandan sonra pandemiyanın yaratdığı fəsadları hər bir sənət adamına təsiri olacaq, bütün tamaşalarda yenidən məşqlər olmalıdır. Tamaşaların bərpası üçün aylarla məşq lazımdır. Hər bir dialoq səhnədə yerinə oturmalıdır. Teatr böyük məbəddir, dövlət yəqin ki, bunu başa düşür. İnanmıram teatrın bağlı qalması uzun çəksin. Teatr həm də düşündürücü məkandır. İnsanlar həyatda tapmadığı sualların cavablarını teatrlarda tapırlar”.

# 1839 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #